...

İƏT Türkiyənin İsgəndərun şəhərindəki partlayışı pisləyib

Hadisə Materials 2 Noyabr 2012 14:06 (UTC +04:00)
İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi Ekmeleddin İhsanoğlu Türkiyənin İsgəndərun şəhərində törədilmiş partlayışı pisləyib.
İƏT Türkiyənin İsgəndərun şəhərindəki partlayışı pisləyib

Azərbaycan, Bakı, 2 noyabr / Trend, müxbir A.Tağıyeva/

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi Ekmeleddin İhsanoğlu Türkiyənin İsgəndərun şəhərində törədilmiş partlayışı pisləyib. Trend-in məlumatına görə, bu barədə təşkilatın yaydığı məlumatda deyilir.

İhsanoğlu bir daha terrorla mübarizədə Türkiyəyə dəstəyini ifadə edib və terrorun dünyadakı bütün təzahürlərini pisləyib. O, İsgəndərundakı terror aktının günahkarlarının tapılması və cəzalandırılması üçün zəruri tədbirlər görməyə çağırıb.

Dünən Türkiyənin liman şəhəri İsgəndərunda minalanmış avtomobilin partlaması nəticəsində dörd nəfər yaralanıb.

KİV-in məlumatına görə, partlayış hərbiçilərin kazarmasının 150 metrliyində baş verib. İnsidentlə bağlı başqa məlumatlar verilmir.

İsgəndərun Aralıq dənizi sahilində, PKK yaraqlılarının fəaliyyət göstərdikləri Suriya sərhədindəki Hatay vilayətində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti