(Təfərrüatlar əlavə olunub, birinci xəbər saat 13:01-də yayılıb)
Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir A.Tağıyeva /
Türkiyə həbiçilərinin Şırnak vilayətində həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində məhv edilən Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarının sayı 18-dək artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "TRT Haber" telekanalı xəbər verib.
Məlumatda qeyd olunur ki, yaraqlılar vilayətdə müxtəlif dövlət qurumlarına hücumlar planlaşdırırmışlar.