...

İranda sel infrastruktura ziyan vurub

Hadisə Materials 12 Noyabr 2012 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir T.Cəfərov/

İranın Çalus və Noşəhr şəhərlərində bu gün sel infrastruktura ziyan vurub. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir məlumat verir.

Məlumata əsasən, güclü yağışlar nəticəsində yaranan sel infrastruktura, yollara, evlərə və əkin sahələrinə ciddi ziyan vurub, bəzi yerlərdə qaz və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Hazırda seldən ziyan görmüş bölgələrdə xilasetmə əməliyyatları davam etdirilir.

Məlumata əsasən, ölən və yaralananlar var, lakin hələlik onların dəqiq sayı bilinmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti