...

İƏT-in baş katibi İsrailin Qəzza sektoruna zərbə endirməsini pisləyib

Hadisə Materials 14 Noyabr 2012 10:28 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmeleddin İhsanoğlu İsrailin Qəzza sektoruna qarşı təcavüzünü pisləyib. Bu barədə Trend-ə İƏT-dən daxil olan məlumatda deyilir.
İƏT-in baş katibi İsrailin Qəzza sektoruna zərbə endirməsini pisləyib

Azərbaycan, Bakı, 14 noyabr / Trend, müxbir R.Hafizoğlu/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmeleddin İhsanoğlu İsrailin Qəzza sektoruna qarşı təcavüzünü pisləyib. Bu barədə Trend-ə İƏT-dən daxil olan məlumatda deyilir.

Məlumatda bildirilir ki, İsrail Qəzza sektorunun atəşə tutulmasını dayandırmalıdır. Çünki aviazərbələr dinc sakinlərin ölümünə səbəb olur.

Ötən gecə İsrail HHQ Qəzza sektoruna üç zərbə endirib.
İsrail ordusunun nümayəndəsinin iddiasına görə, silah-sursat anbarları, eləcə də raket buraxmaq üçün avadanlıqlarla təchiz edilmiş iki nöqtə bombardmana məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti