...

DİN Abşeronda yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 23 Noyabr 2012 13:03 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 22-də saat 23:00 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Elnur İbrahimova məxsus evin mətbəxində propan qaz balonunun nasazlığından yanğına keçən partlayış baş verib.
DİN Abşeronda yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 22-də saat 23:00 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Elnur İbrahimova məxsus evin mətbəxində propan qaz balonunun nasazlığından yanğına keçən partlayış baş verib.

Nəticədə mətbəxin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarətləri almış İbrahimov, arvadı Nəzakət və qonşusu Rasim İsmaylov xəstəxanaya yerləşdiriliblər.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 14 kv.m sahədə yanıb.

Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aidiyyəti üzrə aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

İlkin məlumata əsasən, yanğına məişət qaz balonunun alışması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti