Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.Mehdiyev/
Noyabrın 28-də Sabunçu rayonu ərazisindəki Elektrik Yarımstansiyasında təmir işləri aparılarkən qısa qapanmadan partlayış baş verib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə orada işləyənlər Natiq Heydərov, Vahid Səmədov, Şamil Heydərov və Vüqar Rəsulov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.