...

Türkiyədə turistlər bədbəxt hadisə nəticəsində xəsarət alıblar

Hadisə Materials 30 Noyabr 2012 17:11 (UTC +04:00)
İstanbulda xarici turistlər bədbəxt hadisə nəticəsində xəsarət alıblar.
Türkiyədə turistlər bədbəxt hadisə nəticəsində xəsarət alıblar

Azərbaycan, Bakı 30 noyabr /Trend, müxbir A.Tağıyeva/

İstanbulda xarici turistlər bədbəxt hadisə nəticəsində xəsarət alıblar. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

İçərisində beş xarici turistin olduğu fayton yaxınlıqdakı evə çırpılıb. Nəticədə faytonçu hadisə yerində ölüb.

Yaralı turistlər xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Turistlərin hansı ölkənin vətəndaşları olduqları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti