...

Bakıda tikinti şirkətinə məxsus seyfi oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 4 Dekabr 2012 12:36 (UTC +04:00)
İdarənin 22-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rahib Məhərrəmov dekabrın 3-də tutulub, digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Bakıda tikinti şirkətinə məxsus seyfi oğurlayan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda tikinti şirkətinə məxsus seyfi oğurlayan şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, noyabrın 24-də Türkiyə vətəndaşı Atmet Tanyıldız Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, Z.Əliyev küçəsində yerləşən tikinti şirkətinin ofisin otağından içərisində 65 min manat olan seyf naməlum şəraitdə oğurlanıb.

İdarənin 22-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rahib Məhərrəmov dekabrın 3-də tutulub, digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti