...

Suriya müxalifəti Dəməşqin əsas aeroportlarından birini ələ keçirib

Hadisə Materials 5 Dekabr 2012 12:20 (UTC +04:00)
Bu gün Azad Suriya Ordusu (ASO) Dəməşqdəki əsas hərbi aeroportlardan birini ələ keçirib.
Suriya müxalifəti Dəməşqin əsas aeroportlarından birini ələ keçirib

Azərbaycan, Bakı, 5 dekabr / Trend, müxbir A.Tağıyeva/

Bu gün Azad Suriya Ordusu (ASO) Dəməşqdəki əsas hərbi aeroportlardan birini ələ keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Əl-Ərəbiyyə" telekanalı xəbər verib.

Telekanalın məlumatına görə, aeroport uzun müddət davam edən toqquşmalardan sonra müxalifətin əlinə keçib. Hər iki tərəfdə həlak olanlar var.

Xəbər verilir ki, ASO artıq Dəməşqdə və ölkənin başqa iri şəhərlərində 20-dən artıq hava hücumundan müdafiə obyektinə nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti