Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda bu ilin 11 ayında 2706 yol qəzasında 1065 nəfər ölüb, 2845 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, qəzaların 1011-i (392 ölüm, 1384 xəsarət) toqquşma, 307-si (163 ölüm, 329 xəsarət) aşma, 317-si (322 ölüm, 340 xəsarət) maneə vurma, 964-ü (347 ölüm, 690 xəsarət) piyada vurma olub.
Əliyev bildirib ki, qəzaların 800-ü (367- ölüm, 741 xəsarət) sürət həddinin aşılması, 713-ü (304 ölüm, 933 xəsarət) ötmə qaydalarının pozulması, 231-i (53 ölüm, 294 xəsarət) yolayrıcı keçmə qaydalarının pozulması, 250-si (91 ölüm, 162 xəsarət) piyadaların təqsiri səbəbindən baş verib.
Hesabat dövründə 106 qəza (53 ölüm, 77 xəsarət) avtobusların, 55 qəza isə (14 ölüm, 50 xəsarət) motosikletlərin iştirakı ilə baş verib.
Ötən dövrdə qeydə alınan yol-nəqliyyat hadisələri zamanı 72 uşaq ölüb, 232 uşaq xəsarət alıb. Bu ilin 11 ayında sərxoş sürücülər tərəfindən 88 yol qəzası törədilib, nəticədə 41 nəfər ölüb, 97 nəfər xəsarət alıb.