...

Bakıda özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər tutulub

Hadisə Materials 26 Dekabr 2012 12:16 (UTC +04:00)
Bakıda özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər tutulub.
Bakıda özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər tutulub

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 21-də Abşeron rayon sakini Fazil Verdiyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edərək, dekabr ayının 20-də Lökbatan qəsəbəsi ərazisində özlərini polis əməkdaşları kimi təqdim etmiş 4 naməlum şəxsdən şikayət edib.

O bildirib ki, həmin şəxslər ona məxsus "Hyundai" markalı avtomaşına oturub, avtomaşında narkotik vasitə tapmalarını bildirərək buraxılması müqabilində 5000 manat pul istəyib, ondan 1600 manat pul aldıqdan sonra Verdiyevi düşürüb, avtomaşında gediblər.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakinləri Tərlan Yahyayev, Anar Məmmədov, Bakı şəhər sakinləri Elnur İsayev, Gülnaz Bayramova, Elxan Hacıyev və Elşən Ramazanov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti