...

Türkiyədə qatar qəzası baş verib, səkkiz nəfər yaralanıb

Hadisə Materials 7 Yanvar 2013 10:46 (UTC +04:00)
Türkiyənin Elazıq vilayhətində sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə səkkiz nəfər xəsarət alıb.
Türkiyədə qatar qəzası baş verib, səkkiz nəfər yaralanıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend, A.Tağıyeva/

Türkiyənin Elazıq vilayhətində sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə səkkiz nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi CNN Turk telekanalı xəbər yayıb.

Bildirilir ki, sərnişin qatarı Adana şəhərindən Elazıqa gedirmiş. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Telekanalın məlumatına görə, faktla bağlı təhqiqata başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti