Azərbaycan, Bakı, 14 yanvar /Trend/
"Sədərək" ticarət mərkəzində avtomobildən oğurluq etmiş şəxslər tutulublar.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də "Sədərək" ticarət mərkəzində Bakı şəhər sakini Gülnarə Novruzovaya məxsus "Hyundai" markalı avtomobildən şüşəni sındırma yolu ilə içərisində 1900 manat, mobil telefon, fotoaparat, kredit kartı və şəxsi sənədələr olan əl çantası oğurlanıb.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər - Ağcabədi rayon sakini Vüqar Babayev və Masallı rayon sakini Elvin Məmmədov yanvarın 12-də yaxalanıblar.