Azərbaycan, Bakı, 21 yanvar / Trend müxbir M.Əliyev/
Azərbaycanda 2012-ci ildə 7695 texnogen mənşəli hadisə baş verib, nəticədə 71 nəfər ölüb, 117 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bu hadisələr zamanı FHN tərəfindən 20 nəfər xilas edilib, 26 nəfər isə təxliyyə olunub.
Hesabat dövründə 115 təbii mənşəli hadisə olub, nəticədə 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Bu hadisələr zamanı 127 nəfər FHN tərəfindən xilas edilib.
Nazirlikdən bildirilib ki, ümumilikdə ötən il 7810 hadisə olub, 75 ölüm, 125 xəsarət faktı qeydə alınıb. Qurum tərəfindən xilas edilənlərin sayı 147, təxliyyə olunanların sayı isə 26 nəfər olub.