Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/
Bakı şəhər sakini qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səadət İsmayılova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.