...

Bakıda saxlanılan "cütlüy"ün bir neçə obyektdən oğurluq etdiyi aşkarlanıb

Hadisə Materials 26 Yanvar 2013 11:51 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Mübariz Muxtarov və Milana Şükürova yaxalanıb.
Bakıda saxlanılan "cütlüy"ün bir neçə obyektdən oğurluq etdiyi aşkarlanıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda saxlanılan "cütlüy"ün bir neçə obyektdən oğurluq etdiyi aşkarlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Mübariz Muxtarov və Milana Şükürova yaxalanıb.

Araşdırma zamanı müəyyən edilib ki, onlar 2012-ci il noyabrın 6-da avtomobillərin satışı bazarında Pəhlivan Əliyevə məxsus mağazadan maqnitofon, səsgücləndiricilər, dekabrın 18-də və 26-na keçən gecə Fəlakət Tağıyevaya məxsus M.Müşviq küçəsində yerləşən gözəllik salonundan televizor, DVD, pul, fen və bijuteriya, dekabrın 29-na keçən gecə Fidan Əhmədovaya məxsus İ.Zülalov küçəsində yerləşən gözəllik salonundan 74 manat, gümüş sırğa, 3 ədəd qol saatı, fen, parfümeriya, 31-də isə Cavid Kərimova məxsus Şərifzadə küçəsində yerləşən mağazadan 600 manat və danışıq kartları qarət ediblər.

Bu il yanvarın 7-nə keçən gecə Bakı şəhər sakini Ofelya Rüstəmovaya məxsus Parlament prospektində yerləşən gözəllik salonunun dəmir barmaqlıqlarını sındıraraq 100 manat, 3 ədəd fen, geyim və ətriyyat, yanvarın 8-də isə Tamella Cəfərovaya məxsus M.Sübhi küçəsində yerləşən mağazadan 2100 manat, danışıq kartları oğurlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti