...

Boya alarkən diqqətli olun

Hadisə Materials 29 Yanvar 2013 14:18 (UTC +04:00)
Mağazadan külli miqdarda yararlılıq və istifadə müddəti keçmiş materiallar aşkar edilərək götürülüb
Boya alarkən diqqətli olun

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda mağazadan külli miqdarda yararlılıq və istifadə müddəti keçmiş materiallar aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində Trend-ə verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Suraxanı rayonu ərazisindəki tikinti materialları mağazasında Bakı şəhər sakini İslam Əsgərovun yararlılıq və istifadə müddəti bitmiş boyaları istehlakçıya satması barədə əməliyyat məlumatı daxil olub.

Mağazaya baxış keçirilib, bu zaman külli miqdarda yararlılıq və istifadə müddəti keçmiş materiallar aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti