...

Bakıda "yol epidemiyası": 21 nəfər ölüb

Hadisə Materials 30 Yanvar 2013 15:12 (UTC +04:00)
Bakıda yanvar ayında 26 gün ərzində yol-nəqliyyat hadisələri zamanı 21 nəfər ölüb, 98 nəfər yaralanıb.
Bakıda "yol epidemiyası": 21 nəfər ölüb

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda yanvar ayında 26 gün ərzində yol-nəqliyyat hadisələri zamanı 21 nəfər ölüb, 98 nəfər yaralanıb. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, yanvarın 1-dən 26-dək Bakıda 82 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 21 nəfər ölüb, 98 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisəsi 4, ölüm 2, xəsarət 2 fakt çoxdur.

Əsədov bildirib ki, bu müddət ərzində paytaxtda naməlum şəraitdə 6 yol qəzası baş verib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yol qəzalarına əsas səbəb yenə də sürət həddinin aşılması, ötmə və manevr, eləcə də yolayrıcıları keçmə qaydalarının pozulmasıdır.

Aparılan təhlillər göstərib ki, yol qəzaları əsasən gecənin qaranlıq vaxtlarında baş verir. Ona görə də artıq yol polisi bununla bağlı gecə saatlarında reydlərə başlayıb.

Bundan əlavə, yanvar ayı ərzində yol polisi əməkdaşları tərəfindən 44 635 inzibati protokol tərtib edilib. Bunlardan 7381-i piyadaların yol hərəkəti qaydalarını pozması ilə əlaqədardır. Sürücülərlə bağlı isə işıqforun qırmızı işığından keçilməsinə görə 974, sürət həddinin aşılmasına görə 1069, qanunsuz pərdə-plyonka vurulmasına görə 784, ötmə və manevr qaydalarının pozulmasına görə 123, avtoxuliqanlığa görə 16, sürücülük vəsiqəsi olmayanlarla bağlı 635, sərnişindaşımada qayda pozuntusuna görə 351, yolayrıcıların keçilməsi qaydalarını pozmağa görə 121 inzibati ptokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti