...

Kaliforniyada sığorta dələduzluğu ittihamı ilə səkkiz erməni həbs olunub

Hadisə Materials 1 Fevral 2013 13:02 (UTC +04:00)
Kaliforniya polisi Qlendeyl və Berbank şəhərlərinin sakinləri olan səkkiz ermənini sığorta dələduzluğu sxeminin yaradılması ittihamı ilə həbs edib.
Kaliforniyada sığorta dələduzluğu ittihamı ilə səkkiz erməni həbs olunub

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Kaliforniya polisi Qlendeyl və Berbank şəhərlərinin sakinləri olan səkkiz ermənini sığorta dələduzluğu sxeminin yaradılması ittihamı ilə həbs edib. Onlar iki avtomobil qəzası səhnəsi hazırlayıblar və vandalizm haqqında məlumat veriblər. Bununla da bir neçə sığorta edəndən 82 min dollar pul qopara biliblər. Trend-in məlumatına görə, bu barədə "Burbank Leader" qəzeti yazır.

Hələ iki il əvvəl 45 yaşlı Suren Qriqoryan Berbankda onun evinin yanında park etdiyi "Mercedes sedan" markalı maşınına zərər verildiyinə görə sığorta ödənişi barədə fırıldaq tələb irəli sürüb. Müstəntiqlərə məlumat verilib ki, Qriqoryan öz avtomobilini özü zədələyib və sığorta edəndən 20 min dollar alıb.

Sonrakı araşdırmalar zamanı məlum olub ki, Qriqoryanın ailə üzvləri və yoldaşları olan digər yeddi şübhəli 2008-ci ildə yalandan törədilən avtomobil qəzalarının iştirakçıları olublar. Bunun nəticəsində bir neçə sığorta edən 62 min dollardan məhrum olub.

Qriroryanla birlikdə şübhəli bilinən 36 yaşlı Aida Akopyan, 62 yaşlı Seda Markaryan, 74 yaşlı Mamikon Akopyan, 49 yaşlı Masis Qalstyan, 42 yaşlı Roza Qalstyan, 41 yaşlı Roza İsayan və 49 yaşlı Setik Patatanyan da həbs olunub.

Əgər onlar günahlarını etiraf edərlərsə, onların hər birini beş ilədək həbs cəzası və 50 min dollar məbləğində cərimə gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti