...

FHN "525-ci qəzet"in redaksiyasının da yerləşdiyi binada yanğın ilə bağlı məlumat yayıb

Hadisə Materials 8 Fevral 2013 19:02 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi "525-ci qəzet"in redaksiyasının da yerləşdiyi binada baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
FHN "525-ci qəzet"in redaksiyasının da yerləşdiyi binada yanğın ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Fövqəladə Hallar Nazirliyi "525-ci qəzet"in redaksiyasının da yerləşdiyi binada baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli inzibati binanın ümumi sahəsi 80 kv.m olan anbar kimi istifadə olunan zirzəmisində məktəb, ofis ləvazimatları və məişət avadanlıqları 30 kv.m sahədə yanıb.

Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti