...

DİN Şəkidə saxlanılan silahlı şəxslərlə bağlı məlumat yayıb

Hadisə Materials 12 Fevral 2013 12:26 (UTC +04:00)
Şəkidə naməlum şəxslərin rayonun "Daşqaya" adlandırılan ərazisində odlu silahdan havaya atəş açmaları barədə məlumat şəhər polis idarəsində daxil olub.
DİN Şəkidə saxlanılan silahlı şəxslərlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir E.Mehdiyev/

Şəkidə naməlum şəxslərin rayonun "Daşqaya" adlandırılan ərazisində odlu silahdan havaya atəş açmaları barədə məlumat şəhər polis idarəsində daxil olub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar şübhəli şəxs qismində şəhər sakini Yalçın Əsgərzadə və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Şəfiyev ŞRPŞ-yə gətiriliblər.

Əsgərzadənin idarə etdiyi "Toyota Prado" markalı avtomaşına baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 12 ədəd tapança patronu və 1 ədəd patron darağı, Şəfiyevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşına baxış zamanı isə 4 ədəd tapança patronu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti