...

Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (FOTO)

Hadisə Materials 28 Fevral 2013 12:08 (UTC +04:00)
Bakının mərkəzində - Yasamal rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.
Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Mehdiyev/

Bakının mərkəzində - Yasamal rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.

Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, bina Murtuza Muxtarov 185 küçəsində -Elmi Təddiqat Pediatriya İnstitutunun yaxınlığında yerləşir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürmə maşını gəlib.

Hadisə yerinə təcili tibbi yardım maşını gəlib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sakinlərin dediyinə görə, hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

FHN-in Yasamal rayon Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi polkovnik-leytenant Rəşad Rəsulov jurnalistlərə bildirib ki, yanğın hadisəsi barədə məlumat 11:43-də daxil olub. Yanğınsöndürmə maşınları yaxınlıqda olduğuna görə qısa müddətdə, yəni 2 dəqiqə ərzində onlar hadisə yerinə çatıblar.

Rəsulovun sözlərinə görə, yanğın 18 mərtəbəli binanın II blokunda elektrik naqilləri keçən şaxtada baş verib. Yanğının 18-ci mərtəbəyə qədər olması, eləcə də tüstülənmənin həddindən artıq çox olması yanğınsöndürənlərin işinə çətinlik törədib. Buna baxmayaraq, qısa müddətdə yanğının söndürülməsinə nail olunub.

Rəsulov bildirib ki, yanğın olan blokdakı 3 mənzildə yaşayış olub. Həmin mənzillərin sakinləri dərhal təxliyyə edilib və heç bir xəsarət hadisəsi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti