...

Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış qadın vəfat edib

Hadisə Materials 2 Mart 2013 21:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend/

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1928-ci il təvəllüdlü Kryukina Nadejda Fyodr qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.

Mənzilə baxış keçirilərkən N.Kryukina hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində qadının öldüyü müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:33-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti