Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/
İşlədiyi kafedə əxlaqsızlıq yuvası təşkil edən Salyan rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonunun Noxudlu kəndindəki kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi üçün orada işləyən rayon sakini Ağaqulu Abbasov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.