...

İranlı casus Əfqanıstanda edam olunacaq

Hadisə Materials 12 Mart 2013 17:36 (UTC +04:00)
Məhəmməd Məhəmmədi adlı İran vətəndaşı Əfqanıstanda casusluqda ittiham olunaraq edam cəzasına məhkum edilib.
İranlı casus Əfqanıstanda edam olunacaq

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir T.Cəfərov/

Məhəmməd Məhəmmədi adlı İran vətəndaşı Əfqanıstanda casusluqda ittiham olunaraq edam cəzasına məhkum edilib. Trend Radio free Europe-ın xəbər saytına istinadən məlumat verir ki, bunu Əfqanıstanın Badğis əyalət məhkəməsinin hakimlərindən biri deyib.

Məlumata əsasən, casusluqda ittiham olunan iranlı İspaniya və ABŞ hərbi bazalarının yanında həbs edilib. Həmin şəxs həbs olunmamışdan öncə bir neçə gün İranın Heratdakı konsulluğunda qalıb.

Hələlik İran tərəfi bu məsələ ilə bağlı açıqlama vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti