Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Tanrıverdiyev/
Çeçenistanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub, bir nəfər isə yaralanıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü "İnterfaks" xəbər yayıb.
Çeçenistan Respublikasının Fövqəladə Hallar Xidmətindəndəki mənbə agentliyə bildirib ki, Müdafiə Nazirliyinə məxsus "Mi-8" helikopteri Xanqala hava limanına enərkən qəzaya uğrayıb.
Görüş məsafəsinin məhdud olması səbəbindən helikopteri idarə edən pilot idarəetməni itirib. Nəticədə texnika yerə toxunub və tamamilə yanıb.