Azərbaycan, Bakı, 24 mart /Trend/
Pakistanda nəzarət-buraxılış məntəqəsində terrorçu tərəfindən törədilmiş partlayış nəticəsində 17 nəfər həlak olub. Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, hadisə ölkənin Vəziristan vilayətinin Miranşah şəhərində baş verib.
Məlumatda bildirilir ki, həlak olanların hamısı hərbçilərdir.
"Partlayış nəzarət-buraxılış məntəqəsinin binasının yarısını dağıdıb. Terrorçu məqsədini pərdələmək üçün su qabından istifadə edib" - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, partlayışa görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.