Azərbaycan, Bakı, 24 mart /Trend/
Ukraynada yağan qar 600 yaşayış məntəqəsini işıqsız qoyub. Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, kəskin hava şəraiti daha çox Poltava, Sumskaya vilayətlərinə və Krıma zərər vurub.
Məlumatda deyilir ki, qəza xidməti elektrik verilişini bərpa etməyə çalışır. Dövlət əhəmiyyətli yollarda isə hərəkət bərpa edilir.
Xilasetmə işlərinə 13 min insan və 3.5 min ədəd texnika cəlb edilib.
Qeyd edək ki, martın 22-dən başlayaraq, Ukraynada hava şəraiti pisləşib.
Kiyevə və digər bölgələrə gün ərzində düşmüş yağıntı isə ötən 100 ildə müşahidə olunmayıb.