...

Xaçmazda 11 yaşlı oğlanı maşın vurdu

Hadisə Materials 2 Aprel 2013 10:46 (UTC +04:00)
Xaçmaz şəhəri ərazisində 11 yaşlı oğlanı maşın vurub.
Xaçmazda 11 yaşlı oğlanı maşın vurdu

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Xaçmaz şəhəri ərazisində 11 yaşlı oğlanı maşın vurub.

Trend "Regional TV"-yə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Xaçmaz rayonu Qobuqırağı kəndinin 23 yaşlı sakini Saleh Niftəliyevin idarə etdiyi "10-GC-093" dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobil yolu keçmək istəyən piyada, rayonun Köhnə Xaçmaz kəndinin 11 yaşlı sakini Rəsul Həbibovu vurub.

Həbibov dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil.

Yaxınlarının bildirdiyinə görə, qəza Rəsul Həbibov dükandan alış-veriş edib evə qayıdarkən baş verib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti