...

İranın Buşəhr əyalətində zəlzələ baş verib

Hadisə Materials 5 May 2013 04:39 (UTC +04:00)
Şənbə günü axşam saatlarında İranın Buşəhr əyalətinin Kaki şəhərində Rixter cədvəli üzrə 3,6 bal gücündə zəlzələ baş verib.
İranın Buşəhr əyalətində zəlzələ baş verib

Azərbaycan, Bakı, 5 may /Trend/

Şənbə günü axşam saatlarında İranın Buşəhr əyalətinin Kaki şəhərində Rixter cədvəli üzrə 3,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Tehran Universitetinin Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 19:19-da qeydə alınıb.

Kaki şəhərinin əhalisi 12000 nəfər təşkil edir. Şəhərin özü isə Buşəhrdən 120 kilometr cənubda yerləşir.

Həmçinin, şənbə günü səhər Buşəhr əyalətinin cənubundakı Bardxun şəhərində 4,2 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti