...

Bakı-Balakən sərnişin qatarında yanğın olub

Hadisə Materials 11 May 2013 08:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend/

Bakı-Balakən sərnişin qatarında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində (rayon mərkəzindən 5 km aralı) "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarına (7 ədəd vaqon) qoşulmuş teplovozun mühərrikindən çıxan kabelin 1 p.m-i yanıb.

Teplovoz yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti