...

Çində kömür şaxtasının partlaması nəticəsində 27 nəfər ölüb

Hadisə Materials 12 May 2013 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend/

Çinin cənub-qərbində kömür şaxtasının partlaması nəticəsində 27 nəfər ölüb. Trend RBK-ya istinadən xəbər verir ki, yer altında çalışan 108 şaxtaçıdan 81-ni xilas etmək mümkün olub.

Məlumatda deyilir ki, onlardan 6-ı ağır yaralanıb, 9 nəfər isə bəlli olmayan zədələr alıb.

Qeyd edək ki, Çindəki şaxtalar dünyada ən təhlükəliləri sayılır. Son illərdə hakimiyyət orqanları texniki təhlükəsizliyi gücləndirsə də, qaydalara hər zaman əməl edilmir.

Xəbər lenti

Xəbər lenti