Azərbaycan, Bakı, 14 may /Trend müxbir İ.İzzət/
Xaçmaz rayon sakini su quysuna düşərək boğulub.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 13-də Xaçmaz rayonunun Şollar kənd sakini Çipəli Xanəhmədov həyətindəki su quysuna düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.