Azərbaycan, Bakı, 16 may /Trend/
Qazaxda yaşayış evində yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin rsmi saytına istinadən məlumat verir ki, Qazax rayonu, İkinci Şıxlı kəndində (rayon mərkəzindən 37 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kvadratmetr olan 1 mərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub.
Zaqatala rayonu, Bazar kəndində (rayon mərkəzindən 13 km aralı) gücü 10.000 kVt-lıq transformatorun yanar hissələri və yaxınlıqda olan 1 ədəd elektrik dirəyi qismən yanıb. Yanğından yaxınlıqda olan yaşayış evləri mühafizə olunub.
Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.