...

Bakıda avtobusla minik avtomobili toqquşub: 1 ölü, 3 yaralı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 18 May 2013 20:06 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:53-də yayılıb)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İzzət/

Bakıda avtobusla minik avtomobili toqquşub.

Trend-in məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 78 ünvanında 30 nömrəli marşrut üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu "90 CG 532" dövlət nömrəli nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan şəxslərdən 1-i ölüb, 3-ü xəsarət alıb.

Bundan əvvəl hadisə şahidləri "Mercedes"də olan 4 nəfərin öldüyünü bildirmişdilər.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən hadisə yerində araşdırma aparıılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti