Azərbaycan, Bakı, 19 may /Trend, müxbir D.Xatınoğlu/
İranın cənubunda Sistan və Bəlucistan əyalətində bazar günü yol qəzası baş verib, nəticədə 14 nəfər ölüb və 2 nəfər yaralanıb. Bu barədə Trend Fars agentliyinə istinadən məlumat verir.
Yol hərəkətinin idarəedilmə mərkəzinin rəhbəri polkovnik Rza Səlibinin bildirdiyinə görə, qəzanın qurbanları doqquz əfqan və beş yerli sakin olub.
Zərər çəkmiş əfqanlar İran ərazisində qeyri-leqal yaşayıblar.