...

Köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib

Hadisə Materials 20 May 2013 05:31 (UTC +04:00)
Köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib

Azərbaycan, Bakı, 20 may / Trend /

Köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər fərdi yaşayış evinin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.

Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 01:51-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti