Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/
Lənkəran rayonunun Vilvan kənd sakini İsmayıl Qafarov çaya düşərək boğulub.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mayın 29-da Lənkəran rayonunun Vilvan kəndində kənd sakini İsmayıl Qafarov çaya düşərək boğulub.
İ. Qafarovun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.