...

İzmirdə etirazlar səngimir

Hadisə Materials 3 İyun 2013 06:48 (UTC +04:00)
İstanbulun Taksim Gezi parkındakı hadisələrə etiraz olaraq İzmirdə keçirilən aksiyalar bu gecə də davam edib.
İzmirdə etirazlar səngimir

Azərbaycan, Bakı, 3 iyun /Trend/

İstanbulun Taksim Gezi parkındakı hadisələrə etiraz olaraq İzmirdə keçirilən aksiyalar bu gecə də davam edib.

Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, axşam saatlarından etibarən şəhərin Gündoğdu meydanında toplaşan bir qrup daha sonra Lozanna meydanına yürüş edərək meydanda polisə daş atmaqla hücum edib.

Küçələrdəki müxtəlif lövhələri dağıdan etirazçılar yolları bağlayıb. Polis aksiyaya təzyiqli su və qaz bombası ilə müdaxilə edib. Xeyli sayda saxlanılan var.

Uzun müddət ətrafdakı bank şöbələrinə, nəqliyyat lövhələrinə, iş yerlərinə və bələdiyyə avtobuslarına zərər verən etirazçılar KİV nümayəndələrinə də hücum edib. Polis bir neçə dəfə xəbərdarlıq etsə də, aksiya iştirakçıları cavab olaraq daş və müxtəlif əşyalar atıblar.

Hazırda şəhərin müxtəlif yerlərində kiçik qruplarla polis arasında qarşıdurma davam edir.

Xəbər lenti

Xəbər lenti