...

Türkiyədə gəmi batıb, 1 nəfər ölüb, 5-i itkin düşüb

Hadisə Materials 6 İyun 2013 07:32 (UTC +04:00)
Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonunda içərisində 15 qaçaqmalçının olduğu iddia edilən gəminin batması nəticəsində 1 nəfər boğularaq ölüb, 5 nəfər itkin düşüb.
Türkiyədə gəmi batıb, 1 nəfər ölüb, 5-i itkin düşüb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonunda içərisində 15 qaçaqmalçının olduğu iddia edilən gəminin batması nəticəsində 1 nəfər boğularaq ölüb, 5 nəfər itkin düşüb.

Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, Ayvalık rayonundakı Çıplak adasının cənubunda batdığı ehtimal edilən gəmidən dənizə düşən qaçaqmalçıların kömək səslərini eşidən balıqçılar vəziyyəti xilasedicilərə bildiriblər. Ayvalık Sahil Təhlükəsizlik Komandanlığının əməkdaşları dənizdəki 9 qaçaqmalçını boğulmaqtan son anda qurtarıblar.

Əfqanıstan və Myanma əsilli olduqları bilinən 15 qaçaqmalçının olduğu gəmidən dənizə düşənlərdən 45 yaşındakı Əfqanıstan əsilli Vahidə Səlaminin öldüyü, 4 qaçaqmalçı və 1 təşkilatçının isə itkin düşdüyü deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti