...

İstanbulda gərginlik davam edir

Hadisə Materials 11 İyun 2013 02:30 (UTC +04:00)
İstanbulun Qazi məhəlləsində üzü maskalı bir qrup şəxs Gezi parkı etirazlarına dəstək məqsədilə İsmət Paşa küçəsində barrikada qurublar.
İstanbulda gərginlik davam edir

Azərbaycan, Bakı, 11 iyun /Trend/

İstanbulun Qazi məhəlləsində üzü maskalı bir qrup şəxs Gezi parkı etirazlarına dəstək məqsədilə İsmət Paşa küçəsində barrikada qurublar.

Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, ərazidə yanğın törədən etirazçılar şüarlar səsləndirərək polisə daş və fişəng atıblar.

Polis aksiyaçıları dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Müdaxilədən sonra etirazçılar ara küçələrə qaçışıb, dükanlara maddi ziyan dəyib.

Hazırda Qazi məhəlləsindəki hadisələr davam edir.

Xəbər lenti

Xəbər lenti