Azərbaycan, Bakı, 13 iyun /Trend/
Dünən gecə Daşburun stansiyasında bomba həyəcanı yaşanıb.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov Trend-ə bildirib ki, 671 nömrəli Bakı-Horadiz sərnişin qatarına bomba qoyulması barədə məlumat daxil olub. Sərnişinlər təxliyə edilib, qatar yoxlanıldlqdan sonra məlumat təsdiqni tapmayıb.