...

Bir gecədə 3 avtomobil yandı

Hadisə Materials 14 İyun 2013 07:39 (UTC +04:00)
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub.
Bir gecədə 3 avtomobil yandı

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Bir gecədə 3 minik avtomobili yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Abşeron şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bərdə rayonu, Qaradəmirçi kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Opel" markalı minik avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub.

Yanğın hər üç halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti