...

Mənzildə köməksiz vəziyyətdə qalmış 2 azyaşlı xilas edilib

Hadisə Materials 15 İyun 2013 18:33 (UTC +04:00)
Mənzildə köməksiz vəziyyətdə qalmış 2 azyaşlı xilas edilib. Bu barədə Trend xəbər verib.
Mənzildə köməksiz vəziyyətdə qalmış 2 azyaşlı xilas edilib

Azərbaycan, Bakı, 15 iyun / Trend /

Mənzildə köməksiz vəziyyətdə qalmış 2 azyaşlı xilas edilib. Bu barədə Trend xəbər verib.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:54-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti