Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İsabalayeva/
Bakıda bir ailənin üzvləri tortdan zəhərləniblər.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ötən gün Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar sahəsində Bakı şəhər sakinləri Mənsurə Şəfiyeva, oğlanları Səid, Sübhan, Əfsanə Hüseynova, bacısı Şəhanə, Sürəyya Sadıqova, Pərvanə Niftəliyeva və Ellada Əhmədova tortdan zəhərləniblər. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Ötən gün həm də Ağdam rayonu Bənövşələr qəsəbə sakinləri Nigar Hüseynova və qızı Leyla lobyadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.