...

Beyləqanda traktor kanala aşıb, ölən var

Hadisə Materials 20 İyun 2013 14:02 (UTC +04:00)
Beyləqan rayonu Aşağı Çəmənli kəndinin ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Beyləqanda traktor kanala aşıb, ölən var

Azərbaycan, Bakı, 20 iyun / Trend, müxbir İ.İzzət/

Beyləqan rayonu Aşağı Çəmənli kəndinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 19-da saat 11.00 radələrində Beyləqan rayonu Aşağı Çəmənli kəndinin ərazisində yol-nəqliyyat hadisəi baş verib.

Kənd sakini Hüseyn Həşimov idarə etdiyi "MTZ-80" markalı qoşqusu olan traktoru yolun kənarındakı su kanalına aşırıb. Nəticədə qoşquda sərnişin qismində gedən Aşağı Çəmənli kənd sakini Elməddin Cəfərov hadisə yerində ölüb.

Faktla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti