...

Bakıda dənizdə boğulan Qəbələ sakininin meyiti sudan çıxarılıb

Hadisə Materials 26 İyun 2013 13:15 (UTC +04:00)
Qəbələ rayon sakini Bakıda dəniz çımərliyində suda boğulub.
Bakıda dənizdə boğulan Qəbələ sakininin meyiti sudan çıxarılıb

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İ.İzzət/

Qəbələ rayon sakini Bakıda dəniz çımərliyində suda boğulub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 24-də Qəbələ rayon sakini Fəqan Şirinov Sabunçu rayonu Bilgəh qəsəbəsindəki çımərlikdə suda boğulub.

Şirinovun meyiti iyunun 25-də FHN-nin xilasetmə qrupunun əməkdaşları tərəfindən sudan çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti