Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İzzət/
Bakıda 17 yaşlı oğlan dənizdə boğulub.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda dənizdə ("Novxanı" sularda xilasetmə məntəqəsindən təxminən 2,5 km məsafədə, nəzarət olunmayan ərazidə) 1996-cı il təvəllüdlü Taleh Mehman oğlu Ələkbərov batıb.
FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Ələkbərovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.