...

Son iki həftədə Azərbaycanda 53 nəfər "yol terroru"nun qurbanı olub

Hadisə Materials 1 İyul 2013 15:19 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən həftə (24.06.2013-30.06.2013) respublikanın avtomobil yollarında 43 yol-nəqliyyat hadisəsi baş verib.
Son iki həftədə Azərbaycanda 53 nəfər "yol terroru"nun qurbanı olub

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlərin sayı artıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən həftə (24.06.2013-30.06.2013) respublikanın avtomobil yollarında 43 yol-nəqliyyat hadisəsi baş verib.

Qeydə alınan hadisələr nəticəsində 28 nəfər ölüb, 60 nəfər xəsarət alıb.

Araşdırmalar zamanı məlum olub ki, yol qəzalarının baş verməsinin əsas səbəbləri arasında bu dəfə də sürət həddinin aşılması mütləq üstünlük təşkil edir.

Qeyd edək ki, bundan əvvəlki həftə (17.06.2013-23.06.2013) respublikanın avtomobil yollarında 37 yol-nəqliyyat hadisəsi baş vermiş, 25 nəfər ölmüş, 59 nəfər isə xəsarət almışdı.

Beləliklə, son iki həftə ərzində ölkədə baş verən yol qəzaları zamanı ölənlərin sayı 53 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti