...

Məhkumların üzərində mobil telefon aşkarlanıb

Hadisə Materials 10 İyul 2013 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Penitensiar Xidmətin, 2 saylı İstintaq təcridxanasının və 2 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən həmin müəssisələrə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iyulun 9-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Zaur Səlim oğlu Məcnunovun müəssisəyə etapla daxil olan zaman üzərinə baxış keçirilərkən bədənində gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd "Sim" nömrə aşkar edilərək götürülüb.

Həmin gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1988-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3; 281.3 maddələri ilə təqsirli bilinərək 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Arif Aydın oğlu Əliyevin üzərinə baxış keçirilən zaman 1 ədəd "Nokia-5310" markalı mobil telefon aparatı, 1 ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısı və 1 ədəd "Nar" nömrə kartı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti